AZ

DSK rəsmisi: DİM üzrə göstəricilərin statistikasının hazırlanması çətinləşib

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə göstəricilərin statistikasının hazırlanması əvvəlki dövrlərlə müqayisədə daha çətin və məsuliyyətlidir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunun üçüncü günündə bildirib.

Onun sözlərinə görə, əvvəllər ən əmək tutumlu proses əhali siyahıyaalması hesab olunurdusa, indi DİM göstəricilərinin hazırlanması eyni dərəcədə mürəkkəb və böyük resurs tələb edən işdir: "Çünki məlumatlar cins, yaş qrupu, miqrasiya statusu, yaşayış yeri, əlillik, gəlir səviyyəsi, təhsil dərəcəsi, etnik mənsubiyyət kimi göstəricilər üzrə toplanmalıdır və bu məlumatların əksəriyyəti yalnız sorğu yolu ilə əldə edilir, inzibati mənbələrdə mövcud deyil".

Seçilən
21
ikisahil.az

1Mənbələr