AZ

Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarınınrəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycannümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü iləəlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrinparlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.

Müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində ErmənistanRespublikasının təcavüzkarlıq siyasəti nəticəsində AzərbaycanRespublikası ərazisinin 20 faizinin işğal olunduğu,azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyatakeçirildiyi bildirilir.

Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlıqüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra AzərbaycanRespublikasının BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndanistifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycantorpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücuməməliyyatına başladığı, Azərbaycan Prezidenti, Silahlı QüvvələrinAli Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edəndöyüş əməliyyatlarının gedişində ölkəmizin beynəlxalq miqyasdatanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına sonqoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təminedildiyi xatırladılır.

Müraciətdə hərbi əməliyyatlar dövründə Ermənistan silahlıqüvvələrinin törətdiyi müharibə cinayətlərindən və insanlıqəleyhinə cinayətlərdən də bəhs edilir. Xüsusilə qeyd olunur ki,Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı hücumlaravə vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalqhumanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnızsilahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülkişəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yolverməyib.

Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyatakeçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistantərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə sonqoyulduğu, Azərbaycanın suverenliyinin onun bütün ərazisindəbərqərar edildiyi xatırladılaraq, hazırda işğaldan azad edilmişbölgələrdə yaşayış məskənləri tikilərək bərpa olunduqca keçmişməcburi köçkünlərin öz yurdlarına qaytarıldığı diqqətə çatdırılır.Bununla belə, Ermənistan tərəfinin Azərbaycan ərazilərindəbasdırdığı yüz minlərcə minanın törədiyi fəsadlar da təəssüf hissiilə qeyd olunur.

Bütün bunlara baxmayaraq, məhz Azərbaycanın Ermənistanlamünasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etdiyi,ötən 5 ildə sülh gündəliyinin həyata keçirilməsi üçün ciddi səylərgöstərdiyi, sülh sazişinin layihəsinin də məhz Azərbaycantərəfindən tərtib edildiyi vurğulanır. Bu çərçivədə bu ilin avqustayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti iləAzərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtondagörüşüb danışıqlar aparmasının, “Azərbaycan Respublikası vəErmənistan Respublikası arasında sülhün və dövlətlərarasımünasibətlərin təsis edilməsinə dair Saziş” layihəsininparaflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişlişərait yaratdığı xatırladılır.

Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq,reallaşacaq “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nunqitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyivurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasınınAzərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhübərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlikvə əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadəolunur.

Seçilən
36
42
az.trend.az

10Mənbələr