AZ

Rusiya Müdafiə Nazirliyi: Ukraynaya məxsus 55 PUA məhv edilib

Rusiya Müdafiə Nazirliyi sentyabrın 25-dən 26-na keçən gecə Ukraynaya məxsus 55 pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi Telegram kanalında yerləşdirilib.

“Ötən gecə Ukrayna Müdafiə Nazirliyinə məxsus 55 pilotsuz uçuş aparatı Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – deyə bəyanatda qeyd olunur.

Məlumata görə, vurulan PUA-lar əsasən Azov dənizi üzərində, həmçinin Rostov vilayəti, Krım Respublikası, Krasnodar diyarı, Kursk, Belqorod, Voronej və Tambov vilayətləri üzərində müəyyən edilib və məhv edilib.

İlkin məlumatlar Rusiyanın müxtəlif bölgələrinə qarşı kütləvi hava hücumu cəhdlərindən xəbər verir. Səhər saatlarında Krasnodar diyarının Qolubitskaya kəndində pilotsuz uçuş aparatının fraqmentləri aşkar edilib.

Bundan başqa, Xerson vilayəti, Stavropol diyarı və Kursk vilayəti ərazilərinə qarşı da pilotsuz təyyarələrlə zərbə endirilməsi ehtimalı ilə bağlı təhlükələr qeyd olunub.

Rostov vilayətində vurulan PUA-nın qalıqları Laqutnik kəndi yaxınlığında quru otlaq sahəsində yanğına səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
27
veteninfo.az

1Mənbələr