Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Belarusu təcili tərk etməyi və ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın Minskdəki səfirliyi bildirib.
"XİN Belarus Respublikasına bütün səfərlərdən çəkinməyi tövsiyə edir və hazırda Belarus Respublikasında olan Polşa vətəndaşlarını dərhal onun ərazisini tərk etməyə çağırır", - səfirlik bildirib.
Səfirlik tövsiyələri sərhəddəki gərgin vəziyyət və Polşa vətəndaşlarının özbaşına həbsləri ilə izah edib.