BAKI, 26 sentyabr. TELEQRAF
“Suriya 60 il hökmranlıq edən cinayətkar rejimi (Əsəd ailəsini nəzərdə tutur – red.) devirərək, onu böhran ixrac edən ölkədən bütün regiona sabitlik, sülh və firavanlıq gətirən ölkəyə çevirdi”.
Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.
“O dövrə aid 200-dən çox sənədləşdirilmiş hücumda müdafiəsiz insanlar kimyəvi silahlarla hədəfə alınıb. Uşaqlarımız, qadınlarımız və gənclərimiz zəhərli qazları udmağa məcbur olublar. Rejim bütün bunları həqiqətin səsini susdurmaq üçün etmişdi. Bütün bu cinayətkarlığına baxmayaraq, ona təklif edilənlərdən, həll üçün istənilən siyasi yollardan üz döndərdi. Bu xalqın böyük miqyaslı hərbi savaşa geməkdən başqa çarəsi yox idi, bu, 60 il davam edən cinayətkar sistemini bütün tərəfdarları ilə birlikdə çökdürən savaş oldu”, - prezident bildirib.
Şaraa əlavə edib ki, Əsəd rejimi Suriyada mülki insanlara qarşı ən murdar işgəncə və qətl alətlərindən istifadə edib, ölkədə məzhəb və etnik zəmində qarşıdurmanı qızışdırıb:
“Dünyanın hər yerindən gələn quldur dəstələri ilə birlikdə gözəl ölkəmizi girov saxladılar, keçmiş rejim bir milyona yaxın insanı öldürdü, yüz minlərlə insana işgəncə verdi, 14 milyona yaxın insanı didərgin saldı, 2 milyona yaxın insanın evi başlarına çöküb”.
Xatırladaq ki, Suriyada hakimiyyət dəyişikliyi 2025-ci il dekabrın 8-də baş verib. Əhməd Şaraanın rəhbərlik etdiyi qüvvələr həmin gün Dəməşqə daxil olaraq, Bəşər Əsədin hakimiyyətinə son qoyub.