AZ

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - FOTOLAR/ VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Ağcabədi “ASAN xidmət” mərkəzində “İnzibati binalarda mümkün yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlimdə baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri müəssisə işçilərinin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərəçəkmişlərin xilas edilməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

 

Seçilən
39
14
qht.az

10Mənbələr