AZ

Polşa öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırdı

Vətəninfo.az xəbər verir ki , Polşanın Minskdəki səfirliyi öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb və ölkəyə hər cür səyahətdən çəkinməyi tövsiyə edib.

“Xarici İşlər Nazirliyi Belarus Respublikasında qalan Polşa vətəndaşlarını mövcud kommersiya və şəxsi vasitələrdən istifadə edərək dərhal onun ərazisini tərk etməyə çağırır”, – diplomatik missiyanın saytında deyilir.

“Səfirlik bir daha bəyan edir ki, vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və Polşa vətəndaşlarının dəfələrlə özbaşına həbsi ilə əlaqədar Xarici İşlər Nazirliyi Belarus Respublikasına hər cür səfərdən çəkinməyi tövsiyə edir”, – diplomatlar əlavə edib: evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər”.

Seçilən
17
1
veteninfo.az

10Mənbələr