ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan çempionatında çıxış edən klubların pul gözləntisi tezliklə başa çatacaq.
İdman.biz xəbər verir ki, bu barədə sportinfo.az AFFA-dan məlumat alıb.
SOCAR öz üzərinə götürdüyü işi görüb - yeni mövsümün ilk maliyyə partiyası artıq qurumun hesabına köçürülüb. Vəsait bir neçə gün öncə AFFA-nın ixtiyarındadır. Sadəcə, Ədliyyə Nazirliyi hələ həmin məbləğin istifadəsinə icazə verməyib. Sözügedən nazirlik tərəfindən sənədlərin yoxlanılması prosesi icra olunub. Çünki SOCAR milyonlarla pulu federasiyaya qrant kimi ayırır. AFFA qeyri-hökümət təşkilatı olduğundan, quruma göndərilən qrantın mənbəyinin araşdırılması mütləqdir. Bu, hüquqi prosedurdur və qanunlarla tənzimlənir.
Araşdırmanın bu gün başa çatması gözlənilir. Federasiya çempionat klublarına vəd edib ki, ən uzağı, sentyabrın 29-30-u aralığında köçürmələr həyata keçiriləcək.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.