AZ

"Qarabağ" - "Kopenhagen" matçı: Biletlər tükənmək üzrədir

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarka çempionu "Kopenhagen"lə oyun üçün satılan bilet sayını açıqlayıb.

"Bakuinfo" xəbər verir ki, dünən saat 15:00-da biletlərin satışa çıxarıldığı andan indiyə qədər 27 min 500 bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb.  Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək mümkündür.

Xatırladaq ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 20:45-də start götürəcək.

Seçilən
18
6
bakuinfo.net

7Mənbələr