AZ

Aeroporta metro çəkiləcək? - RƏSMİ CAVAB

Bakı sakinləri və şəhərimizin qonaqları illərdir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına birbaşa metro xəttinin çəkiləcəyini səbirsizliklə gözləyirlər. Hazırkı dövrdə dünyada böyük şəhərlərin əksəriyyətində hava limanlarını şəhər mərkəzlərinə bağlayan sürətli metro və ya dəmir yolu xətləri mövcuddur.

Bəs görəsən, Bakıda Hava Limanına birbaşa metro ilə getmək nə vaxt mümkün olacaq?

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-yə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə əsasən, 2030-cu ilədək nəzərdə tutulmuş Dövlət Proqramında Heydər Əliyev Beynəlxalq Hava Limanına metro xəttinin çəkilməsi planlaşdırılmayıb.

"Bakıətrafı qəsəbələrə metro xətlərinin çəkilməsinə gəlincə, bu, 2030-cu ildən sonrakı dövr üçün nəzərdə tutulması mümkündür", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Seçilən
10
2
far.az

3Mənbələr