AZ

"Mançester Siti"də yeni müqavilə olacaq

"Mançester Siti" Savinyo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportal.az “The sun”a istinadən xəbər verir ki, “şəhərlilər” braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Tərəflər arasında ilkin razılığın olduğu bildirilir. Müqavilənin uzunmüddətli olacağı iddia edilir.

Savinyonun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Mançester Siti” daha əvvəl “Tottenhem”in onunla bağlı iki təklifini rədd etmişdi. Savinyo bu mövsüm 7 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Seçilən
22
sportal.az

1Mənbələr