AZ

Sankt Peterburqdan Gəncəyə narkotik gətirən şəxs aeroportda saxlandı


Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
22
19
baki-xeber.com

10Mənbələr