AZ

Bu il qəbul imtahanlarında 195 nəfər şəhid övladı ali təhsil müəssisəsinə qəbul olub

Bakı. Trend:

Bu il qəbul imtahanlarında 195 nəfər şəhid övladı ali təhsilmüəssisəsinə qəbul olub.

Trend xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarəHeyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindənorta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərininmüəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşəseçimi” alətinin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, onlardan 49 nəfəri 500 baldan, 9 nəfəri isə600 baldan yüksək nəticə əldə ediblər.

M.Abbaszadə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaqqələbədən bəhs edib.

Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarınıfəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əzizxatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb,şəhidlərin ailə üzvlərinin və qazilərimizin həmişə dövlətin diqqətvə qayğısı altında olduğunu qeyd edib.

Seçilən
52
1
az.trend.az

2Mənbələr