Slovakiya Milli Şurası (Parlament) konstitusiyaya iki cins - kişi və qadın müddəasını təsbit edən düzəlişləri təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "dennikn.sk" saytı məlumat yayıb
İclasda iştirak edən 99 üzvdən 90-ı hökumətin təşəbbüsünün lehinə səs verib. Müxalifət əsasən bitərəf qalıb.
Sayt yazır ki, Slovakiyanın Baş naziri Robert Fitso düzəlişin lehinə səs verən bütün üzvlərə təşəkkür edib.
Mart ayında Macarıstan parlamenti ölkədə LGBT paradlarını qadağan edən qanun layihəsini qəbul etdi.