AZ

Rusiya İrəvanda aktivləşir- Etiraz aksiyaları başladı-VİDEO


İrəvanda Paşinyanın istefasını tələb edən prorusiya partiyalarının növbəti aksiyası keçirilib.

Musavat.com xəbər verir ki, tədbir parlament binası qarşısında təşkil olunub və mitinqdə 100-dən az iştirakçı olub. Aksiya zamanı polis əməkdaşları binanın qarşısına gələrək vəziyyəti nəzarətdə saxlayıb.

Hadisə regionda Rusiya təsirinin yenidən artırılması cəhdlərinin göstəricisi kimi qiymətləndirilir. Analitiklər qeyd edirlər ki, Paşinyanın ABŞ-ın vasitəçiliyi ilə sülh təşəbbüsləri rusları narahat edir və bu tip aksiyalar Moskvanın Ermənistan daxilindəki nüfuzunu qorumaq cəhdləri ilə bağlıdır.

Qeyd olunur ki, aksiya iştirakçıları az olsa da, Rusiyanın İrəvanda aktivləşməsi regionda gərginliyin davam edə biləcəyini göstərir. Paşinyan hökuməti isə indiyə qədər prosesləri nəzarətdə saxlayır və qarşıdurmanın dərinləşməsinin qarşısını almağa çalışır.



Musavat.com

Seçilən
46
2
musavat.com

3Mənbələr