AZ

"Türkiyə Rusiya qazı və ticarət sahəsində öz suveren qərarını verir"- Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Türkiyənin Rusiya qazından imtina edəcəyi ilə bağlı açıqlamalarını şərh edib.

News365.az xəbər verir ki, Peskovun sözlərinə görə, Türkiyə öz suverenliyinə əsaslanaraq Rusiya ilə ticarət-iqtisadi əlaqələrini davam etdirəcək və yalnız öz maraqlarına uyğun sahələrdə əməkdaşlıq edəcək:

“‘Türk axını’ və ‘Mavi axın’ tam gücü ilə işləyir. Biz Türkiyə ilə ticarət və iqtisadi əməkdaşlığımızı davam etdiririk. Bu suveren ölkədir və özü qərar verir ki, hansı sahələrdə bizimlə əməkdaşlıq etmək ona sərfəlidir. Əgər bəzi ticarət sahələri və mallar Türkiyə üçün əlverişlidirsə, o, bunu davam etdirəcək”, – deyə Peskov əlavə edib.

O, həmçinin vurğulayıb ki, Rusiya-Türkiyə münasibətləri uzunmüddətli və qarşılıqlı faydalı xarakter daşıyır.

News365.az 

Seçilən
18
news365.az

1Mənbələr