AZ

Ödənişli əsaslarla qəbul olan bəzi tələbələr dövlət sifarişi ilə təhsil alacaqlar

“Elm və Təhsil Nazirliyi ilə razılaşma əsasında bakalavriat səviyyəsi üzrə boş qalan dövlət sifarişli yerlərə tələbələrin yenidən yerləşdirilməsi aparılacaq. Hazırda bununla, yəni ödənişli əsaslarla qəbul olan tələbələrin bu yerlərə yerləşdirilməsi ilə bağlı işlər görülür”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə söyləyib.

Onun sözlərinə görə, müəyyən ixtisaslar var ki, orada müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə aşağıdır: “Magistratura səviyyəsi üzrə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur. Dövlət hər bir proqram üzrə plan yerləri ilə bağlı proqnoz verir.

Yerləşdirmə aparıldıqdan sonra müəyyən ixtisaslarda, məsələn, kənd təsərrüfatı ixtisaslarında boş yerlər qalır. Amma bəzi ixtisaslarda plan yerləri tam dolur. Təhsilə ona görə vəsait ayrılır ki, insanlar təhsil alsınlar. Elm və Təhsil Nazirliyi ilə razılaşmalar əsasında həmin o yerlərdə yenidən yerləşdirmələr aparılır”.

Seçilən
23
7
tehsil.biz

10Mənbələr