AZ

İran və Rusiya 25 milyard dollarlıq atom elektrik stansiyaları müqaviləsi imzaladı

İran və Rusiya arasında yeni enerji əməkdaşlığı razılaşdırılıb.

Tehran "Rosatom" şirkəti ilə ümumi dəyəri 25 milyard dollar olan müqavilə bağlayıb.

News365.az xəbər verir ki, IRNA-nın yaydığı xəbərə görə, razılaşma çərçivəsində ölkədə dörd kiçik atom elektrik stansiyasının inşası nəzərdə tutulur.

Sözügedən sənəd iki ölkə arasında nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadənin genişləndirilməsini hədəfləyir.

News365.az

Seçilən
16
news365.az

1Mənbələr