AZ

Lənkəranda çay evində dönər yeyən HƏBS OLUNDU

Lənkəranda çay evində dönər yeyən şəxs həbs olunub.

Ölkə.Az-ın Lent.az-a istinadla məlumatına görə, hadisə şəhərin Qala Xiyabanı adlanan ərazisində “042” çay evində baş verib.

Burada müştəri qismində əyləşən 43 yaşlı Sadiq Əmirov (ad və soyad şərtidir) dönər yeyib. Dönərin iyi digər müştəriləri narahat etdiyi üçün çayxananı işlədən şəxs Sadiqdən bayıra çıxmasını və dönəri çöldə yeməsini istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və iddiaya görə Sadiq Əmirov çay evi sahibini təhqir edib. Nəticədə əraziyə polis əməkdaşları cəlb olunub və Sadiq saxlanılaraq, şöbəyə aparılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Lənkəran rayon Məhkəməsində hakim Elvin Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə Sadiq Əmirov 5 gün müddətinə inzibati qaydada həbs olunub.

Seçilən
13
4
olke.az

5Mənbələr