Partiyanın məlumatına görə, Caparidze Marneuliyə səfər edərək komanda üzvləri ilə görüşüb, qarşıdan gələn yerli özünüidarəetmə seçkiləri ilə bağlı problemləri müzakirə edib.
"'Gürcü Arzusu'nun zorakılıq və hədə-qorxu cəhdlərinin artması yalnız bir şeyi göstərir - ölkədə dəyişikliklər qaçılmazdır. Eyni zamanda, 4 oktyabrda vətəndaşlarımız səs verəcək və bundan sonra Gürcüstanda dəyişikliklər başlayacaq. Bu dəyişikliklər insanların həyatının yaxşılaşmasına, uşaqların keyfiyyətli təhsil almasına, sağlamlıq sisteminin yaxşılaşmasına və məşğulluğun təmin olunmasına xidmət edəcək", - deyə Caparidze bildirib.
"Güclü Gürcüstan"ın açıqlamasına əsasən, Marneulidə artıq üç namizəd öz namizədliyini "Gürcü Arzusu"nun xeyrinə geri götürüb.