AZ

Ukrayna ABŞ-dan uzunmənzilli “Tomahawk” raketlərini istəyib

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüşdə uzunmənzilli “Tomahawk” raketlərini istəyib.

“Poliqon” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Qəzetə danışan bir neçə mənbənin sözlərinə görə, bu tələb BMT çərçivəsində iki lider arasında keçirilən və çox müsbət dəyərləndirilən görüş zamanı irəli sürülüb.

Görüşdə Ukrayna Prezidenti amerikalı həmkarına bildirib ki, bu yüksək texnologiyalı silah sistemi Vladimir Putini sülh sazişinin müzakirəsi üçün danışıqlar masasına gətirməyə kömək edəcək.

Seçilən
15
23
poliqon.az

10Mənbələr