AZ

Tramp "Tiktok" və ölüm hökmü ilə bağlı sərəncam imzaladı

Prezident Donald Tramp ABŞ-də ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzaladığını bildirib.

Ölkə.az “reuters”ə istinadən xəbər verir ki, onun cümə axşamı imzaladığı sənədə əsasən ölüm hökmü Vaşinqtona aiddir. Belə ki, ölüm hökmü Vaşinqtonda bəzi cinayət hadisəsi törədənlərə tətbiq olunacaq. Ancaq hansı cinayətə görə, bu barədə konkret məlumat verilmir.

Bundan əlavə, Prezident Donald Tramp "TikTok"la da bağlı sərəncam imzalayıb. Sənədə əsasən sosial şəbəkənin ABŞ-də fəaliyyətini davam etdirməsinə icazə verib.

O, keçən həftə ABŞ prezidenti Çin sədri Si Tsinpinlə danışıqlar aparıb və onlar sazişin yekun şərtlərini müzakirə ediblər.

“TikTok”un çinli sahibi "ByteDance" texnologiya şirkəti 2025-ci ilin yanvarına qədər Amerika istifadəçiləri üçün bağlanmalı idi. Lakin Tramp qadağanı dörd dəfə təxirə salıb. 

Vitse-prezident Cey Di Vensınn sözlərinə görə, sövdələşmə təxminən 14 milyard dollar dəyərində qiymətləndirilir. Müqaviləyə əsasən, "TikTok"un ABŞ əməliyyatları yeni birgə müəssisə vasitəsilə idarə olunacaq və "ByteDance" səhmlərin 20%-dən azına sahib olacaq.

Mürtəza

Seçilən
14
1
olke.az

2Mənbələr