AZ

Afrika Kubokunun qalibi “Neftçi”də - 1+1 illik müqavilə

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İfeanyi Metyu artıq “Neftçi”nin uğurları üçün çalışacaq.

28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Bildirilib ki, nigeriyalı 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb.

Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

Seçilən
20
sportinfo.az

1Mənbələr