AZ

"İsrail İranın nüvə proqramını məhv edib"- Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının iclasında çıxış edib.

News365.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Netanyahu tribunaya qalxdığı anda bir sıra ölkələrin nümayəndələri zalı tərk ediblər.

Çıxışında İsrailin təhlükəsizlik məsələlərinə toxunan Netanyahu bildirib:

“7 oktyabrda bir çox ölkələr bizə dəstək verdi, lakin bu mövqe çox qısa sürdü. Təsəvvür edin, yüzlərlə terrorçu ABŞ-a hücum etsəydi, yüzlərlə insanı girov götürsəydi, ABŞ necə cavab verərdi? Amma siz İsrailə embarqo tətbiq edirsiniz. Mən həmin ölkələrin nümayəndələrinə səslənirəm: İsrailin yanında olmalısınız”.

Baş nazir əlavə edib ki, İsrail husiləri sıradan çıxarıb, HƏMAS-ın böyük hissəsini məhv edib, Hizbullahı isə fəaliyyətsiz hala salıb.

“İsrail həmçinin İranın nüvə və ballistik raket proqramını zərərsizləşdirib. Mən ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu qətiyyətli addımını alqışlayıram. İranın nüvə potensialının bərpa olunmasına imkan verilməməlidir. Onun zənginləşdirilmiş uran ehtiyatları tamamilə ləğv edilməlidir. İsrail Qəzzadakı əməliyyatları tez bir zamanda başa çatdıracaq. HƏMAS-ın qalan qüvvələri hazırda Qəzza şəhərində gizlənir”, – Netanyahu deyib.

Seçilən
17
news365.az

1Mənbələr