AZ

İsrail qırıcısı öz hərbi gəmisinə bomba atıb

Qəzza sektorunda İsrail qüvvələrinə kömək üçün havaya qaldırılan İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi bomba atıb.

Ölkə.Az-ın “12-ci kanal”a istinadən məlumatına görə, partlayıcı “Dvora” raket katerindən cəmi 100 metr aralı düşüb.

İnsident xəsarətsiz ötüşüb.

İlkin araşdırmaya əsasən, bombanın atılması sursatdakı texniki nasazlıq səbəbindən baş verib.

İsrail Ordusunda (ÇAXAL) hadisə ilə bağlı ətraflı istintaq aparılır və nəticələrə uyğun tədbirlər görüləcək.

Seçilən
27
1
olke.az

2Mənbələr