AZ

Ağdamda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ağdamda əməyin mühafizəsinə dair müəssisələrə mediatur təşkil edib.

Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş mediaturda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də iştirak edib.

Mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işlər və müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraiti barədə ictimaiyyətin məlumatlandırılması olub.

İştirakçılara Xidmət tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəfdaş qurumlarla birgə cari ildə 135 işəgötürəni və 4 700-ə yaxın işçini əhatə edən 46 maarifləndirmə tədbirinin keçirildiyi diqqətə çatdırılıb.

Həmçinin media nümayəndələri Ağdamda fəaliyyət göstərən “Tabaterra” MMC, “BAFCO İnvest” MMC və “Eel Electric” MMC-də əməyin mühafizəsi və sağlam iş mühitinin yaradılması ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış olublar.

XQ

Seçilən
8
8
xalqqazeti.az

10Mənbələr