Amerikanın məşhur qəhvə şəbəkəsi "Starbucks" 400 mağazasını bağlayacağını və 900 iş yerinin ixtisar ediləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə CNN şirkətin baş direktoru Brayan Nikkola istinadla məlumat yayıb.
Bağlanacaq mağazalar "Starbucks"ın ümumi şəbəkəsinin, təxminən 1 faizini təşkil edir. Hazırda Şimali Amerikada 18 734 mağazası olan şirkət, sentyabrın sonuna qədər bu rəqəmin 18 300-ə düşəcəyini açıqlayıb.
Brayan Nikkolun sözlərinə görə, qəhvəxanalar "sosial həyatın mühüm məkanlarıdır və onların hər hansı birini bağlamaq asan deyil". Bildirilir ki, bağlanacaq mağazalar əsasən az səmərəli fəaliyyət göstərənlərdir.
Bununla yanaşı, "Starbucks" əlavə olaraq 900 nəfərin işdən çıxarılacağını təsdiqləyib. Şirkət təsirə məruz qalan işçilərə kompensasiya və dəstək proqramları təqdim ediləcəyini, həmçinin mövcud vakansiyalara yönləndiriləcəklərini bildirib.