AZ

“Şikayət etmək istəmirəm” Sadıqov

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VI turunun “İmişli” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyun bizim üçün çox yaxşı başladı. Üst-üstə güclü hücumlar,qol vəziyyətləri yaratdıq. Sonra standart vəziyyətdən qol buraxdıq. Qoldan sonra oyunumuz biraz pozuldu. Birinci hissənin ilk yarısından sonra istədiyimiz oyun getmirdi, amma ikinci hissədə istədiyimiz oyunu göstərməyə başladıq. Çoxsaylı hücumlar edirdik. Rəqibin müdafiəsini yarmağa çalışırdıq. Sonda standart vəziyyətdən qol vurmaq alındı. Düşünürəm ki, oyunun gedişatını və mümkün futbol şəraitini nəzərə alsaq, bu günkü nəticəni pozitiv qeyd eləmək olar.

– Meydançanın durumu ilə bağlı nə deyə bilərsiniz?

– Könül istərdi ki, daha yaxşı olsun. Amma bu gün real vəziyyət budur. Bizdən qabaq “Sumqayıt” da burada oynayıb, bizdən sonra da bu stadionda oyunlar keçiriləcək. Çox da şikayət etmək istəmirəm. Hər birimiz istəyərik ki, meydançalarımızın ot örtüyü daha keyfiyyətli və səviyyəli olsun. Onda futbolumuz, klublarımız daha sürətlə inkişaf edəcək. Bu meydançanın durumu “İmişli”nin uğurlarına kölgə salmır. Çünki yaxşı stadionlarda da yaxşı oyun nümayiş etdiriblər. Çempionata çox uğurlu start veriblər. Onların da haqqını ödəmək lazımdır. Əzmkar, yaxşı komanda formalaşdırıblar. Növbəti oyunlarda onlara uğurlar arzulayıram.

– “Şamaxı” ilə matçdan sonra demişdiz ki, məni “İmişli” ilə oyun çox qayğılandırır. İndi necə düşünürsünüz?

– Rəqib son dövrlərdə çox uğurlu qollar vurur. Rəqibi təhlil edəndə vurğulamışdıq ki, diqqətli olmaq lazımdır. Autdan, künc zərbələrindən , cinahdan olan cərimə zərbələrindən qollar vururlar. Bizə də elə bir qol vurdular. Oyunun gedişatını nəzərə alsaq, deyə bilərik ki, qayğımız özünü doğrultdu. Ümumən, bu oyundan qalibiyyətlə ayrılmağı düşünürdük, amma heç-heçəni də qənaətbəxş nəticə hesab eləmək olar.

– İssa Cibrillanın zədəsi ciddidir?

– Oyunda zədələnən oyunçular haqqında dərhal nəsə demək həmişə çətin olub, indi də belədir. Sabah tibbi müayinədən keçəcək. Ondan sonra nəsə deyə bilərik.

Şahlar Ruhi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
8
futbolpress.az

9Mənbələr