AZ

Süni intellekt yaxın gələcəkdə “superzəka” mərhələsinə çatacaq

OpenAI-nin baş direktoru Səm Altman, ChatGPT-nin yaradıcısı, süni intellektin (Sİ) gələcəyi barədə fikirlərini bölüşüb.

Editor.az xəbər verir ki, Altman bildirib ki, insanlıq rəqəmsal superzəkanın yaranması ərəfəsindədir və bu proses qaçılmazdır.

Altmanın sözlərinə görə, şirkətin son modeli GPT-5 artıq bir çox sahələrdə onun özündən daha yüksək intellektual qabiliyyətlərə malikdir. O, yaxın illərdə Sİ modellərinin elmi kəşflər aparacağını və insanın təkbaşına edə bilməyəcəyi irəliləyişlər əldə edəcəyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr