AZ

Putinlə Lukaşenkonun görüşü: 5 saatdan çox davam etdi

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında Kremldə keçirilən görüş başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə yaxın olan “Pool One” "Telegram" kanalı məlumat yayıb.

Putin və Lukaşenko sentyabrın 26-da günortadan sonra Kremldə danışıqlara başlayıblar. Liderlər arasında görüş 5 saat 22 dəqiqə davam edib.

Dövlət başçıları Belarus-Rusiya münasibətlərinin inkişafını, regiondakı vəziyyəti və beynəlxalq gündəliyi müzakirə ediblər.

Seçilən
91
publika.az

1Mənbələr