AZ

Tereza ana əslində fanat, qatil və fırıldaqçı idi

Tereza ana minlərlə insanın şəhid olmasına səbəb olan qəddar qadın idi.

26 avqust 1910-cu ildə anadan olan Aqnes Qonce Boyaciunun atası bir alban millətçisi idi, məqsədi Skopyeni serblərdən təmizləmək və Albaniyaya birləşdirmək olan gizli təşkilatın üzvü idi. O, serb kəndinə hücum zamanı öldürüldü. Buna görə də uşaqlıqdan slavyan xalqlarına qarşı nifrətlə böyüyüb və daim onları məhv etmək arzusu ilə aşıb-daşıb.

1928-ci ildə orta məktəbi bitirdikdən sonra Aqnes Loreto bacılarına qoşulmaq üçün İrlandiyaya gedir. Orada ingilis dilini öyrənir, rahibə olur və Müqəddəs Məryəm Katolik Məktəbində dərs demək üçün Hindistanın Kəlküttə şəhərinə göndərilir.

Guya o, 1946-cı ildə o, məktəbi tərk etməyi, monastır vərdişindən əl çəkməyi, yerli ənənəvi sarı geyinməyi və ən kasıb və ən bədbəxtlərə kömək etməyi əmr edən İsa Məsihin görüntüsünü görür. Ancaq digər xatirələrində o, beş yaşından başlayaraq, Tanrının onun yanına müntəzəm olaraq gəldiyini iddia edirdi. Özünə güclü PR qurur və nəticədə onun nəzarətində olan ordenin üzvlərinin sayı 5000-ə çatır, 121 ölkədə 500-dən çox kilsə yaradır.

Onun yaratdığı xəstəxanada insanlar dəhşətli əzablara məruz qalırdılar, özü isə efirdə mələk görkəmi ilə çıxış edirdi. Bu iblis qadını hətta Roma Papası Frensisk Romanın Müqəddəs Pyotr meydanına dəvət olunmuş minlərlə insanın önündə müqəddəs elan edir.

Bütün dünya onu mələk kimi qəbul edən zaman onun xəstəxanalarda insanlar çox əziyyət çəkirdi. Xəstələr son dərəcə pis şərtlərdə – döşəməyə sərilmiş matrasların üzərində və səliqəsiz halda yatırmışlar. Onların ağrılarını azaltmaq üçün yalnız aspirindən istifadə olunurmuş, bitlənməsinlər deyə hamını bir nəfər kimi keçəl eləyirlərmiş. Tibb alətləri dəfələrlə istifadə olunurmuş, antisanitariya baş alıb-gedirmiş. Bir sözlə, Tereza ananın “insanların aliləşdirildiyi və bəzədildiyi yer” adlandırdığı iztirab və kədər yuvası idi.

Onun yanında könüllü olmuş Meri Loudon müsahibəsində deyir: "Orda 15 yaşlı bir oğlan uşağı vardı. Əvvəlcə böyrəkləri yüngülvari ağrımağa başladı, sonra get-gedə gücləndi. Antibiotik vermədilər deyə, iş təcili əməliyyat zərurətinə qədər böyüdü. Onlara dedim ki, taksi çağırıb oğlanı xəstəxanaya göndərmək və heç də bahalı olmayan o əməliyyatın pulunu ödəmək lazımdır. Razılaşmadılar, dedilər ki, ona etsək, başqaları da istəyəcək”.

Qeyd edim ki, "Lanset” tibb jurnalının baş redakroru doktor Robin Foks 1994-cü ildə "Ölüm evi”nin fəaliyyətini araşdırıb və xəstələrə keyfiyyətsiz xidmət faktlarını aşkar edərək jurnalda Tereza ananı kəskin tənqid edib. “Nyu Statesman” (The New Statesman) qəzetində 2005-ci ildə dərc edilən məqalədə yazılır ki, orda körpələr xəstəsi-sağlamı qarışıq, hamısı böyük bir çarpayıya yerləşdirilir, nisbətən böyük olanlarsa əl-qolu bağlı halda saxlanır”.

Dünya mediasında dərc edilən araşdırmalara görə, Tereza ananın fonduna gələn böyük ianələr hər zaman ehtiyac sahiblərinə yönəldilməyib, bəzən yeni missiyaların açılmasına və ya Vatikan strukturlarına köçürülüb. Onun fəaliyyəti sadə hesablamalara görə, Vatikana 3 milyard dollardan artıq gəlir gətirib. Onun müqəddəs elan edilməsi isə Vatikan qatil bir qadını, iblisin yer üzündə siması olandan gələn gəlirləri gizlətməyə yönəlib.

Britaniyalı jurnalist və publisist Kristofer Hitçen keçmiş könüllünün materialları əsasında “Cəhənnəm mələyi” adlı sənədli film çəkmişdi və burda iblisin əsas simasını göstərib. O, filmdə Tereza ananı “fanat, fundamentalist və fırıldaqçı” adlandırıb.

2005-2010-cu illərdə Kəlküttənin meri olmuş Bikaş Bhattaçarya müsabəsində deyir: “Tereza ana Kəlküttədəki kasıbların həyatını dəyişəcək qədər ciddi işlər görməyib. O, xəstəliklərə qarşı çıxmaq əvəzinə, onları təbliğ edib”.

Bu iblis qadın 5 sentyabr 1997-ci ildə ölür, lakin onun ardıcılları qalıb. Bəziləri mediada öz nifrətlərini göstərir, bəziləri dövlətdən oğurladığı pullarla bahalı həyat yaşayır, bəziləri də həkim, müəllim simasında insanlara zülm edir. Elə birinci müharibədə əsir və girovlara əzablar verən erməni qadın həkimləri kimi. Buna görə bəzən qəhrəman kimi özünü tanıdan qadınların bəziləri İblisin yer üzündə simasıdır.

Tereza ananı şəxsən tanıyan və mafiyaya rəhbərlik etdiyinə görə həbs cəzası çəkən italiyalı Giorgio Brusko onun kanonlaşdırıldığını biləndə dedi: “Əgər o müqəddəsdirsə, mən İsa Məsihəm”.

Seçilən
16
axar.az

1Mənbələr