AZ

Polislər vətəndaşın işləməyən avtomobilini hərəkətə gətirdi

Polislər vətəndaşın işləməyən avtomobilini hərəkətə gətirdiTürkiyədə maraqlı hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yolda xidmət aparan polis əməkdaşları hərəkət etməyən avtomobili görərək sürücüyə kömək ediblər.

Hadisə Şənəvərlər məhəlləsində, Diyarbakır yolu üzərindəki dairədə qeydə alınıb. Məlumata görə, avtomobil yolun ortasında dayanıb və işə düşməyib.

Sürücünün yanına yaxınlaşan polis əməkdaşları vəziyyəti öyrəndikdən sonra maşını itələyərək mühərriki işə salıblar.

O anlar isə başqa bir sürücü tərəfindən mobil telefon kamerası ilə çəkilib.

Seçilən
22
sonxeber.az

1Mənbələr