Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı şəhər Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərin elektrik şəbəkələrində 27 sentyabr gecə saatlarında təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bununla əlaqədar saat 02:00 – 03:00 aralığında Nəsimi rayonunun Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.