AZ

Ukraynada federasiya prezidenti öldürüldü

Ukraynanın Krivoy Roq şəhərində yerli sambo federasiyasının prezidenti Yevgeni Ponırko atışma nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın 24-cü kanalı məlumat yayıb. 

Qətl hadisəsi törədilərkən daha bir nəfər yaralanıb. 

Şahidlər yeddi atəş səsi eşitdiklərini bildiriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil.

Seçilən
49
4
unikal.az

10Mənbələr