AZ

Qubada yol qəzası: sürücü öldü

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Pepperoni pizza

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.

Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
46
8
yenisabah.az

10Mənbələr