AZ

Azərbaycan XİN 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr –Anım Gününə dair bəyanat yayıb.

Trend xəbər verir ki,bəyanatda deyilir:

“Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxınişğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətənmüharibəsinin başlanmasından 5 il ötür.

Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliketdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixiədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalqhüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.

Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəsruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiqSərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimiqeyd olunur.

27 sentyabr – Anım Günündə ölkəmizin ərazi bütövlüyü vəsuverenliyi uğrunda canlarından keçən mərd oğul və qızlarımızınəziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, bu yoldasağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığıarzulayırıq.

27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrününyenidənqurma və sülh gündəliyi ölkəmiz tərəfindən uğurlairəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyatqayıtmaqdadır, işğal və təcavüz nəticəsində dağıdılmış şəhər vəkəndlərimiz ən yüksək dünya standartları və ən yenitexnologiyaların tətbiqi ilə yenidən dirçəlir.

Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitarminatəmizləmə fəaliyyəti, eləcə də bu hədənin vətəndaşlarımızınhəyat və sağlamlığına törətdiyi təhlükə daim beynəlxalqictimaiyyətin diqqətinə çatdırılır.

Keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkindüşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanıntəcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlərtörədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətindətədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimidavam etdirilməkdədir.

Ölkəmizin təşəbbüsü, qətiyyəti ilə başladılan və irəlilədilənikitərəfli Azərbaycan-Ermənistan sülh prosesi də artıq öznəticələrini verməkdədir. 44 günlük Vətən müharibəsininbaşlanmasının 5-ci ildönümü ərəfəsində, 8 avqust 2025-ci iltarixində Vaşinqton şəhərində keçirilmiş tarixi zirvə görüşü vəonun nəticəsində ABŞ tərəfinin də şahid qismində imza atdığıAzərbaycan-Ermənistan Birgə Bəyannamə, “Azərbaycan Respublikası iləEmənistan Respublikası arasında sülhün və dövlətlərarasımünasibətlərin təsis olunması haqqında Saziş”in mətnininparaflanması, eləcə də keçmiş münaqişənin qalığı olan ATƏT-in Minskprosesi və əlaqəli strukturların ləğvi ilə əlaqədar atılan addımlar30 ilə yaxın davam edən keçmiş münaqişə səhifəsinin birdəfəlikaradan qaldırılması yolunda əhəmiyyətli irəliləyişdir.

Bölgəmizə qeyri-sabitliklik və faciələr gətirən işğal vətəcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematiktədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünəqarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradanqaldırılması müstəsna əhəmiyyət kəsb edir.

Dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə,sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızınmüqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.

27 sentyabr – Anım Günündə qəhrəmanlarımızın əziz xatirəsini birdaha dərin ehtiramla yad edirik.

Şəhidlər ölməz, Vətən bölünməz!".

Seçilən
43
25
az.trend.az

10Mənbələr