AZ

Qazaxıstan bir AES lə məhdudlaşmayacaq Tokayev

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Nüvə enerjisi Qazaxıstan üçün müstəsna əhəmiyyətli və vacib enerji mənbəyidir. Hazırda dünyada 416 nüvə reaktoru fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə, ABŞ-da 94 nüvə reaktoru fəaliyyət göstərir, lakin ölkə kifayət qədər uran istehsal etmir:

“Qazaxıstan bu yanacağın Amerika bazarına tədarükünün 24 faizini təmin edir. Fransada da oxşar vəziyyətdir, burada 50-dən çox elektrik stansiyası ölkəmizdə hasil edilən uran alır. Hazırda 31 ölkə atom elektrik stansiyaları (AES) vasitəsilə enerji istehsal edir. Beləliklə, hər altı dövlətdən biri dinc nüvə enerjisindən istifadə edir, daha 20-yə yaxın ölkə isə nüvə reaktorları tikməyi planlaşdırır”.

Tokayev vurğulayıb ki, Qazaxıstan bir atom elektrik stansiyası ilə məhdudlaşmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
axar.az

4Mənbələr