AZ

Avropada niyə "sirli" PUA-lar peyda olur? - Rusiyanın hiyləsi

Avropa üzərində pilotsuz uçuş aparatları (PUA) heç vaxt “havadan peyda olmur”.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı rabitə texnologiyaları və radioelektron mübarizə üzrə ekspert Sergey Biskrestnov bildirib.

“PUA heç vaxt boşluqdan yaranmır. Onlar ya uzaqdan havadan uçub gəlir və bu marşrutu NATO-nun HHM sistemləri dəqiq qeydə alır. Yaxud da müəyyən ölkələr daxilində hansısa separatçılar tərəfindən buraxılır. Bununla bağlı isə ümumiyyətlə heç bir informasiya yoxdur. Halbuki NATO-da bu məlumat var. Şəxsi fikrim budur ki, buraxılış Baltik dənizinin akvatoriyasında Rusiya gəmilərindən həyata keçirilib. Mən mühəndis kimi məhz belə edərdim”, – deyə o vurğulayıb.

Bundan başqa, ekspertin sözlərinə görə, bütün PUA qeydləri Rusiyaya yaxın ölkələrdə aşkarlanıb:

“İspaniyada və ya İtaliyada belə hallar yoxdur”.

O həmçinin qeyd edib ki, ölkələrin bəyanatlarından başqa, havadakı obyektlərin məhz nə olduğu barədə heç bir fiziki sübut yoxdur:

“‘Dron” sözünün altında həm “Mavik”, həm də Rusiyanın böyük kəşfiyyat aparatı “Orion” nəzərdə tutula bilər. Amma nə qalıqlar, nə də fotolar var”.

Ekspert əlavə edib ki, müəmmalı PUA-ların peyda olması fiziki olaraq yalnız hava limanlarının, mülki və yük daşımalarının işinə təsir edir.

Seçilən
20
2
axar.az

10Mənbələr