AZ

Səhər yeməyindən imtina diabet riskini artırır

Səhər yeməyini keçmək sağlamlığa ciddi zərər vura bilər.

E-saglam.az xəbər verir ki, həkimlər xəbərdarlıq edir ki, bu vərdiş uzunmüddətli dövrdə 2-ci tip şəkərli diabet və piylənmə riskini artırır.

Niyə səhər yeməyi vacibdir?

Səhər yeməyindən imtina edən insanlar günün sonuna doğru daha çox aclıq hiss edir və axşam saatlarında həddindən artıq yeyirlər. Bu isə, çəki artımı, qan şəkərinin dalğalanması ilə nəticələnir.

Bu vəziyyət zamanla insulin müqaviməti yaradır və şəkər xəstəliyinə gətirib çıxarır.

Mütəxəssislər gün ərzində 3 dəfə müntəzəm qidalanma rejiminə əməl etməyi və xüsusilə səhər yeməyini buraxmamağı tövsiyə edir.

Yatmazdan 2–3 saat əvvəl isə yüngül və az kalorili yeməklər qəbul etmək məsləhətdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhər yeməyini günün ən vacib qida qəbuluna çevirir və bildirir ki, bu vərdiş metabolizmi aktivləşdirir, enerji səviyyəsini artırır və qan şəkərini sabit saxlayır.

Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr