AZ

Rusiya və Braziliya siyasi məsləhətləşmələr planı imzalayıblar

Rusiya və Braziliyanın xarici işlər nazirləri Sergey Lavrov və Mauro Vieyra iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2026-2029-cu illər üçün siyasi məsləhətləşmələr planını imzalayıblar.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Xarici işlər nazirləri sənədi BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində danışıqlardan əvvəl imzalayıblar.

Görüş bağlı qapılar arxasında davam edib.

Tərəflər Rusiya-Braziliya strateji tərəfdaşlığının dərinləşdirilməsi və ikitərəfli təmas cədvəlinin həyata keçirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər. 

Mina Mikayılova

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr