Qubada ölümlə nəticələnən qəza baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Ağbil kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada həkimlərin səylərinə baxmayaraq ölüb.
Avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.