Çində Qansu vilayətində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri Dinsi şəhərindən 71 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.