AZ

Peru Konqresi Anım Günü ilə bağlı bəyanat qəbul edib

Peru Respublikasının Konqresi 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Peru Konqresinin sədri Xose Xeri Orenin təşəbbüsü ilə qəbul edilmiş sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, Azərbaycan xalqına başsağlığı və həmrəylik ifadə edilir.

Bəyanatda, həmçinin Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən bu il avqustun 8-də Ağ Evdə keçirilmiş yüksəksəviyyəli görüşə dəstək vurğulanıb.

Seçilən
19
12
operativmm.az

10Mənbələr