AZ

Lukaşenko: Mən Trampçıyam, Trampı isə üsyançı

"Mən Trampı başa düşürəm. Onun taktikası bundan ibartədir: Əzmək-geri çəkilmək, geri çəkilmək-əzmək. Bəzən o, hər şeyə əl atır. O, üsyankardır. Mən bu baxımdan Trampdan çox da fərqlənmirəm və özümü "Trampçı" adlandırıram. Vladimir Putin də Trampa çox hörmət edir. O, ona məndən az hörmət etmir".

Ölkə.Az xəbər verir ki, bunu Belarus lideri Alenksandr Lukaşenko deyib. O əlavə edib ki,  Putinlə bəzən Trampın sözlərinə məhəl qoymurlar.

“Onun hərtərəfli başa düşmək lazımdır. Hər hansı bir bəyanatdan sonra onun üstünə hücuma  keçmək lazım deyil. Buna ehtiyac yoxdur. Bax, mən "Böyük qardaşım"a dedim: Afərin! O, sakit və məqsədyönlü hərəkət edir. Bəli, nəsə dedi. Zaman hər şeyi öz yerinə qoyacaq. Çox yaxın vaxtda. Tramp çox yaxşı mövqe tutub", - Lukaşenko qeyd edib.

Belarus lideri fəal Çarli Kirkin öldürülməsinə də münasibət bildirib. O deyib ki, bu, Trampa siqnaldır:

"Biz başa düşürük ki, Tramp çətin vəziyyətdədir. Bu yaxınlarda onun çox ağıllı və bacarıqlı tərəfdarı güllələnib. O bu siqnalı anlayıb və ona uyğun reaksiya verir", - Lukaşenko deyib.

Mürtəza

Seçilən
31
1
olke.az

2Mənbələr