AZ

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

FİFA Malayziya millisinin yeddi futbolçusunu 12 ay müddətinə futboldan kənarlaşdırıb.

QOL.az xəbər verir ki, buna səbəb həmin oyunçuların sənədləri saxtalaşdırmaqlarıdır. Onların arasında "Alaves"in müdafiəçisi Fakundo Qarses də var .

Qabriel Felipe, Rodriqo Holqado, İmanol Maçuka, Joao Fiqeyredo, Jon İrazabal və Hektor Alejandro Jevel Serrano da sanksiyaya məruz qalıb. Bütün oyunçular Argentina, İspan, Braziliya və Niderland mənşəlidir. FİFA-nın yaydığı məlumata görə, federasiya yuxarıda adı çəkilən oyunçuların qeydiyyatı üçün saxta sənədlər təqdim edib, onların yarışlara buraxılması üçün müraciətlər ünvanlayıb.

Həmin futbolçuların hamısı Asiya kubokunun 3-cü təsnifat mərhələsinin Vyetnamla oyununda (4:0) heyətə daxil ediliblər və meydana çıxıblar.

Hər bir idmançıya 12 ay müddətində futbolla bağlı hər hansı fəaliyyətlə məşğul olmaq qadağan edilib. Onların hər biri 2000 İsveçrə frankı (təxminən 2100 avro) məbləğində cərimə olunub. Malayziya Futbol Assosiasiyası isə 350 min İsveçrə frankı (təxminən 374 min avro) məbləğində cərimə ödəməyə məcbur edilib.

Futbolçulara və federasiyaya şikayət etmək üçün 10 gün vaxt verildiyi bildirilir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
7
qol.az

8Mənbələr