AZ

Bir müddət öncə toyu olan gənc faciəli şəkildə öldü - Video

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.

Hurriyyet.az-ın Report-a istinadən məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.

Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Qubanın Ağbil kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Ceyhun Yusifovun bu yaxınlarda toyu olubmuş.

Bu barədə Oxu.az məlumat əldə edib.

Seçilən
11
8
hurriyyet.az

10Mənbələr