AZ

İran bu üç ölkədən səfirlərini geri çağırdı: Nə baş verir?

İran İslam Respublikası Almaniya, Fransa və Böyük Britaniyadakı səfirlərini Tehranda məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İran mediası qeyd edir ki, onlar daha sonra "BMT Təhlükəsizlik Şurasının əvvəllər ləğv edilmiş qətnamələrini bərpa etmək üçün sürətli cavab mexanizmindən sui-istifadə edən üç Avropa ölkəsinin məsuliyyətsiz hərəkətlərinə cavab olaraq" geri çağırılıblar.

Cümə günü İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Aİ-3-ün (Böyük Britaniya, Fransa və Almaniya) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri “boşdur” və heç bir hüquqi qüvvəyə malik deyil. Baş diplomat bu bəyanatı Təhlükəsizlik Şurasında İran və digər ölkələr arasında 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində sanksiyaların bərpasını nəzərdə tutan qondarma “snapback” mexanizminin işə salınıb-aktivləşdirilməməsi ilə bağlı səsvermədən sonra çıxışı zamanı verib.

Seçilən
109
33
publika.az

10Mənbələr