AZ

Heç bir xarici qüvvə Gürcüstandakı sabitliyi poza bilməz - Kobaxidze

Gürcüstanda dövlət institutları həmişəkindən daha güclüdür və heç bir xarici qüvvə daxili sabitliyi poza bilməyəcək.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

Onun sözlərinə görə, etiraz aksiyalarına xarici agentliklər dəstək göstərsə də, onların səyləri nəticəsiz qalır:

"300 günlük etiraz aksiyaları göstərdi ki, xarici agentliklər Gürcüstanda uğur qazana bilmir. Bəzən 50, bəzən 100-150 nəfər küçəyə çıxır, amma onların cəhdləri nəticəsiz qalır. Çünki dövlət güclüdür, institutlar işlək vəziyyətdədir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik", – Baş nazir vurğulayıb.

Seçilən
20
ikisahil.az

1Mənbələr