AZ

25 nəfəri öldürən saxta içkiyə görə 8 nəfər tutuldu: biri müəllimdir

Rusiyanın Leninqrad vilayətində hüquq-mühafizə orqanları saxta spirtli içkilərlə kütləvi zəhərlənmə işi üzrə 8 nəfəri saxlayıblar.

NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, prokurorluq Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan bir neçə şəxsin ölümünə səbəb olma) üzrə cinayət işinin başlanmasını qanuni hesab edib və istintaqın gedişinə xüsusi nəzarət qoyub. 1 tondan çox təhlükəli içki aşkar olunaraq, müsadirə edilib.

Hazırda regiona saxta spirtli içkilərin hansı mənbədən gətirildiyi müəyyənləşdirilir. Şübhəlilər barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Xatırladaq ki, 26 sentyabrda Leninqrad vilayətinin Qostitsi kəndində və Slansi şəhərində saxta spirtli içkilərlə kütləvi zəhərlənmə baş verib, nəticədə 25 nəfər ölüb. Təhlükəli içkini paylayan şəxs kimi 60 yaşlı qadın müəllim də şübhəli bilinir və o da saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Seçilən
34
nocomment.az

1Mənbələr