AZ

27 Sentyabr – Anım Günündə Xankəndi, Ağdərə və Xocalıda 1 dəqiqəlik sükut elan olunub

BAKI,TurkicWorld

27 Sentyabr – Anım Günü münasibətilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında şəhidlərin xatirəsi ehtiramla yad olunub.

TurkicWorld xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, saat 12:00-da ölkənin bütün bölgələrində olduğu kimi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında bir dəqiqəlik sükut elan edilib.

Anım dəqiqəsi zamanı şəhər və rayonların mərkəzi küçələrində avtomobillərin və piyadaların hərəkəti dayandırılıb, nəqliyyat vasitələri siqnallar verib.

Qeyd edək ki, bu ənənə şəhidlərimizin əziz xatirəsinə ehtiramın və xalqımızın birliyinin rəmzi kimi qeyd olunur.

Seçilən
6
13
turkic.world

10Mənbələr